Onlayn ictimai-siyasi qəzet
Almaniyanın "Nürnberq" klubu bu mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə yollarını ayıracaq.
Oxu.Az II Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddəti uzadılmayacaq. Tərəflər artıq bununla bağlı razılığa gəliblər.
Qeyd edək ki, Mahir Emreli ötən ilin avqust ayında "Nürnberq"lə 1 illik müqavilə imzalamışdı.
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ