İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: İsrail səfiri QAÇIRILDI, Xamenei və Kremldən TƏCİLİ açıqlamalar – CANLI

İsrailin Kiprdəki səfiri Oren Anolik qaçırılıb. Bu barədə "Azad İran" İran mediasına istinadla məlumat yayıb. Bildirilib ki, səfirlə bərabər olan iki nəfər də qaçırılaraq, naməlum yerə aparılıb.

Qeyd edək ki, hələlik diplomatın hansı səbəbdən qaçırılması bəlli deyil.

Regiondakı problemlərin kökündə ABŞ və bəzi Avropa ölkələri dayanır.

APA xəbər verir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei İranın İsrailə hücumundan sonra etdiyi ilk müraciətində deyib.

Xamenei regionun ABŞ və Avropa ölkələrindən qurtulduğu zaman müharibələrin tamamilə dayanacağını söyləyib: "Region ölkələri isə özlərini idarə edə, sülh və rifah içində birlikdə yaşaya bilərlər".

İranın Ali Rəhbəri həmçinin vurğulayıb ki, İsrail hər hansı səhvə yol versə, daha güclü və daha dağıdıcı cavab alacaq.

“Seyid Həsən Nəsrullahın itkisi kiçik hadisə deyil, bu bizi çox kədərləndirdi”, - Xamenei əlavə edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasətçi Nemət Pənahlı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR