İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İŞİD-ə şok zərbə - Terrorçuların lideri məhv edildi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD lideri Xalid Aydd Əhməd əl-Cəburinin dünən Suriyada keçirilən hərbi əməliyyatda öldürüldüyünü açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumata görə, əməliyyat zamanı mülki vətəndaşlar arasında ölən və yaralanan olmayıb, terror təşkilatı isə bölgə və ətraf ərazilərdə təhlükə yaratmağa davam edib.

ABŞ-ın yaydığı rəsmi açıqlamada İŞİD-in zəif gücünə baxmayaraq, bölgədəki fəaliyyətini davam etdirdiyi, lakin terror təşkilatı liderinin ölümünün xarici hücum planlarını müvəqqəti olaraq pozacağı bildirilib.

Qeyd edib ki, Xalid Aydd Əhməd əl-Cəburi Avropada İŞİD hücumlarının planlaşdırılmasından məsul olub və təşkilatın rəhbərlik strukturunu qurub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) fevral ayında dərc etdiyi hesabata görə, Suriya və İraqda İŞİD-in 5000-7000 üzvü və tərəfdarı olduğu təxmin edilir ki, onların da yarısı silahlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR