Onlayn ictimai-siyasi qəzet
Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı 10-cu təkliflər paketini alıb.
Musavat.com bildirir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Qeyd olunur ki, iyunun 7-də Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmaq üçün kifayət qədər vaxt yetişib və Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması, imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazırdır.
“Proses kifayət qədər dinamikdir, bəzən irəliləyiş var, bəzən isə yox. Biz işləyirik”, - Qriqoryan bildirib.
Erməni mediası xatırladır ki, iyunun 4-də Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyi məlum olub.
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, bu ilin noyabrına qədər Ermənistanla sülh sazişinin imzalanması kifayət qədər realdır. Eyni zamanda, o qeyd edib ki, bu sənədin imzalanması “Ermənistan Respublikasının Konstitusiyasını dəyişdirmədən mümkün deyil”.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ