İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Dünya fəlakətin astanasında - BMT-dən TƏCİLİ ÇAĞIRIŞ

BMT-nin Baş katibi Antoniu Quterreş 6-18 noyabr tarixində Misirdə keçiriləcək COP27 İqlim Sammiti öncəsi BBC-nin suallarını cavablandırıb.

Musavat.com xəbər verir ki, iqlim dəyişikliyini arxa plana keçirmə cəhdlərinin olduğunu bildirən Quterreş bunun qarşısı alınmazsa, dünyanın pis nəticələrlə üzləşəcəyini vurğulayıb.

İnflyasiya, Rusiya-Ukrayna müharibəsi, enerji və ərzaq qiymətlərindəki artım kimi qlobal problemlərin hökumətlərin başını qatdığını vurğulayan Quterreş iqlim dəyişikliyinin beynəlxalq müzakirələrin mərkəzinə qaytarılmasının vacibliyindən danışıb.

BMT-nin Baş katibi ölkə liderlərinə müraciət edərək, iqlim dəyişikliyinin ən pis nəticələrinin qarşısını almaq üçün hərəkətə keçməyə, qlobal temperatur artımını 1,5 C səviyyəsində saxlamağa çalışmağa çağırıb.

WhatsApp Image 2022-10-27 at 13.42.58.jpeg (125 KB)

Quterreş ABŞ və Çini konfransda birgə işləməyə dəvət edərək, dünyanın onların liderliyinə güvəndiyini deyib.

Xatırladaq ki, Pekin administrasiyası avqust ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra ABŞ ilə iqlim dəyişikliyi üzrə əməkdaşlığa son verdiyini açıqlamışdı.

“Heç kimin iqlim dəyişikliyi ilə bağlı beynəlxalq fəaliyyəti hər hansı səbəbdən qurban verməyə haqqı yoxdur. Biz həqiqəti söyləməliyik. Reallıq budur ki, iqlim dəyişikliyinin dünyanın bir çox ölkələrinə təsiri artıq dağıdıcıdır” - Quterreş deyib.

Baş katib, həmçinin hökumətlərin inkişaf etməkdə olan ölkələrə maliyyələşdirmə üçün öhdəlik götürdüyü 100 milyard dolları təmin etməsində israrını təkrarlayıb və qeyd edib ki, mədən yanacaq enerjisindən əldə edilən gəlirdən gələn vergilər bu pulu təmin edə bilər.

WhatsApp Image 2022-10-27 at 13.42.58 (1).jpeg (97 KB)

O, ölkələri daha çox qalıq yanacağa sərmayə qoymamağa, əvəzində bərpa olunan enerjini dəstəkləməyə çağırıb.

İqlim etirazlarında özünün iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Quterreş bildirib ki, o, gənc ikən etirazlarda iştirak edib, lakin “barrikadalardan barrikadalara qaçmaq” artıq onun işi deyil. Baş katib bildirib ki, hazırda onun işi hökumətlərə dəyişiklik üçün təzyiq etməkdir.

Digər tərəfdən, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) dərc etdiyi hesabatda üç əsas istixana qazı olan karbon dioksid, metan və azot oksidinin atmosfer səviyyələrinin 2021-ci ildə rekord səviyyəyə çatdığı göstərilir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR