İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Döyüş təyyarələri havaya qaldırılır - TARİX VERİLDİ

Müdafiə Sənayesi Başçısı İsmayıl Dəmir müdafiə sənayesi layihələri ilə bağlı açıqlamalar verib. Dəmir Milli Döyüş Təyyarəsinə (Milli Müharip Uçağı - MMU) müxtəlif sistemlərin inteqrasiya olunduğunu və təyyarənin sınaqları başa vurduqdan sonra uçuşa hazır olacağını bildirib.

Musavat.com xəbər verir ki, Dəmir Milli Döyüş Təyyarəsinin sınaqlardan keçdikdən sonra inventarda yer alacağını və Türkiyənin ilk reaktiv qırıcısı olan "Hürjet"in isə çox yaxın müddətdə uçacağını bildirib.

 

"MMU 5-ci nəsil döyüş təyyarəsidir. Dünyada bu layihəni həyata keçirən cəmi 4 ölkə var. Biz də 5-ciyik. Təyyarəmizin bütün sistemləri quraşdırılıb". 

Türkiyəli nazir döyüş təyyarələrinin nə zaman havaya qalxacağı barədə də danışıb:

"Bu tip təyyarələri istehsal edən ölkələrə nəzər saldıqda təqvimin qısa olmadığını görmək olar. Sistemlərə salınıb, inteqrasiya sistemləri olacaq. Bütün parametrlər yoxlanacaq. Uçuşa yararlılıq hesabatı veriləndə təyyarə havaya qalxacaq. Biz 100 faiz təhlükəsiz olan şeylərdən danışırıq. Bütün sistemlərdə ehtiyat və ekstremal tədbirlər görülür. Onun üçün məqsədimiz mümkün qədər tez uçmaqdır. Rahat bir il çəkəcək bir prosesdən danışırıq. Uçuş məsələsi çox kritikdir".

İsmayıl Dəmir qeyd edib ki, MMU 5-ci nəsil təyyarələri keçəcək:

"Biz dünyada 5-ci nəsil təyyarə adlandırdığımız, müasir elektron sistemlərlə təchiz edilmiş, rəqəmsal pilot kabinəsi, elektron elementləri olan radar və müdafiə sistemləri olan bir təyyarə qururuq. Tədricən daha yaxşı sistemlər tətbiq edəcəyik. Dünyanın digər 5-ci nəsil təyyarələri ilə rəqabət aparacağını deyə bilərik. İlk prototip 4.5 nəsildən başlayır. Daha sonra biz onu 5-ci nəsil və sonrakı nəsillərə çatdıracağıq. Çox müasir elektron sistemlərlə təchiz edilmiş, böyük displeyli tam rəqəmsal kokpiti və üzərində elektron elementləri, radarları və radara görünməzliyi olan müdafiə sistemləri ilə bütün texnologiyalara sahib olacaq bir təyyarə planlaşdırırıq. F-16 bir yana, MMU F-35-ə yaxınlaşacaq və hətta bəzi cəhətlərdən daha yaxşı olacaq".

Nazir bildirib ki, Türkiyənin ilk reaktiv qırıcısı olan "Hürjet"in uçuşu üçün xüsusi mərasim təşkil olunacaq:

"Hürjet"in uçuşu tezliklə olacaq. "Hürjet" artıq müəyyən mərhələlərdən keçib və təhlükəsiz uça bilər. 1 ay içində havaya qaldırılacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR