İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bakıda zavodda partlayış: xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən partlayış hadisəsi baş verib.

Musavat.com "Report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsindəki zavodlardan birində qaz sızması nəticəsində baş verən partlayış zamanı fəhlə, 2001-ci il təvəllüdlü Həsənov Qulu Tural oğlu müxtəlif xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarının küt travması, sol qolun sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR