İnsanlara hürriyət, millətlərə istiqlal!

Somalidə 54 sülhməramlı öldürüldü

“Əl-Şəbab” terror təşkilatının yaraqlılarının Somalidəki Afrika Birliyinin bazasına hücumu nəticəsində Uqandanın 54 sülhməramlısı ölüb.

Bunu Uqanda prezidenti Yoveri Museveni bildirib.

Onun sözlərinə görə, terrorçuların bazaya hücumları Somalinin Baraave şəhərində həyata keçirilib: “Biz komandir də daxil olmaqla həlak olmuş 54 əsgərin cansız cəsədini tapdıq. “Əl-Şəbab” yaraqlıları Baraaveyə növbəti hücuma cəhdi etsələr də, qüvvələrimizin güclü müqaviməti ilə qarşılaşdılar və qaçmağa məcbur oldular”.//Publika.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR