İnsanlara hürriyət, millətlərə istiqlal!

Şolts zədədən sonra bir fotosunu paylaşdı - piratlara oxşayır

Almaniya kansleri Olaf Şolts aldığı zədədən sonra şəklini paylaşıb və daha çox rəy görmək istədiyini bildirib.

Musavat.com xəbər verir ki, baş nazirinn paylaşımı siyasətçinin özü tərəfindən X (keçmiş Twitter) sosial şəbəkəsində yerləşdirilib.

“Kimin hər hansı bir zədəsi var ... Memləri səbirsizliklə gözləyirik. Arzularınız üçün təşəkkürlər, əslində olduğundan daha pis görünür!”, - deyə kansler yazıya göz qapağı və üzündə sıyrıqlar olan şəkli əlavə edib. Bu şəkildə o, filmlərdən tanış olan dəniz piratları obrazında görünür.

Bundan əvvəl xəbər verilirdi ki, Şolts sentyabrın 2-də idman edərkən zədələndiyi məlum olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR