İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK İDDİA! Fələstin lideri Türkiyə səfərini yarımçıq qoyub - Sui-qəsd cəhdi...

Fələstin lideri Mahmud Abbas avqustun 15-də Ankaraya səfərini yarımçıq qoyub.

Musavat.com xəbər verir ki, “Hürriyet” qəzeti İsrailin sui-qəsd cəhdindən qorxaraq bu qərarı verdiyini iddia edib.

M.Abbas Fələstinə dəstək üçün toplanan Türkiyə parlamentinin fövqəladə iclasında çıxış edərək Qəzza zolağına və Qüdsə səfər etmək niyyətində olduğunu açıqlayıb.

Səfər çərçivəsində Fələstin lideri Türkiyə rəhbərliyi ilə birlikdə Qəzzaya həsr olunmuş fotosərgiyə baxıb, bundan sonra Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələrinin iştirakı ilə rəsmi şam yeməyi planlaşdırılıb.

"Mahmud Abbas TBMM sədri Numan Kurtulmuşa göstərdiyi diqqətə görə təşəkkür edib və hava qaralmadan Fələstinə dönməsi lazım olduğu üçün şam yeməyinə qala bilməyəcəyini bildirib. Təbii ki, o, İsrailin sui-qəsd cəhdindən qorxduğu üçün Fələstinə getmək istəyirdi",- deyə "Hürriyyət"in köşə yazarı Abdulkadir Selvi yazıb.

Onun sözlərinə görə, Tehranda İsmayıl Haniyə və Beyrutda Fuat Şükürün öldürülməsi bu ehtimalları daha da gücləndirir.

Türkiyə hökuməti hələlik nəşrin dərcinə münasibət bildirməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR