İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şöhrət" ordenli millət vəkili Prezidentə məktub yazdı

"Şöhrət" ordeni ilə təltif edilən millət vəkili Arzu Nağıyev ölkə Prezidentinə məktub yazıb. 

Musavat.com həmin məktubu təqdim edir:

 

Möhtərəm cənab Prezident.

2023-cü il 26 iyul tarixli Sərəncamınızla "Şöhrət" ordeni ilə təltif edilməyimə, əməyimə verilən yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı bildirməkdən böyük şərəf duyuram. Bu mənim ictimai-siyasi fəaliyyətimə verilən ən yüksək qiymət və böyük etimaddır.

Mən Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində böyük uzaqgörənliklə həyata keçirdiyi müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində respublikamızdan kənarda təhsil alan tələbələrdən biri oldum və bununla qürur hissi duyuram.

Uzun müddət Azərbaycan xüsusi xidmət orqanlarında fəaliyyətim dövründə də, Birinci Qarabağ müharibəsi veteranı kimi də Ulu Öndərin milli kadr siyasətindən daima məmnunluq duymuş və fəxarət hissi keçirmişəm.

Bu gün də Ali Baş Komandan kimi Sizin qətiyyətiniz sayəsində Azərbaycanın haqlı Qələbəsini təmin etdiyiniz üçün bütün dünyada bizi qalib xalq kimi tanıyırlar və bu bizi qürurlandırır.

Möhtərəm cənab Prezident, istər iqtisadi, siyasi, hərbi və digər sahələrdə həyata keçirdiyiniz islahatlar, daxili və xarici siyasət dövlətimizin müstəqilliyinə, suverenliyinə və hər bir vətəndaşın rifahına xidmət edir. Milli Məclisin deputatı kimi təmsil etdiyim bölgənin vətəndaşları da Sizə səmimi təşəkkürlərini daim ifadə edirlər.

Müzəffər Ali Baş Komandan, mən ehtiyatda olan bir zabit kimi Sizin müsəlləh əsgərinizəm və bundan şərəf duyuram.

Sizə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya çətin və şərəfli işinizdə uğurlar arzulayıram.

Dərin ehtiramla,

Nağıyev Arzu, Milli Məclisin deputatı.

Azərbaycan Respublikası, Bakı şəhəri.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR