İnsanlara hürriyət, millətlərə istiqlal!

ADY yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sənədlərin qeydiyyatı və rəsmiləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə optimallaşdıran elektron iş icazəsi (naryad) sistemini istifadəyə verib. Bu yenilik sayəsində məlumatların dəqiqliyi əhəmiyyətli dərəcədə artıb, xətaların sayı azalıb və sənədlərlə işi sürətləndirmişdir”.

Musavat.com xəbər verir ki, bu barədə ADY-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov verdiyi açıqlamada qeyd edib.

O, əlavə edib ki, bu alət iş prosesinin sadələşdirilməsində və müştərilərlə qarşılıqlı əlaqənin yaxşılaşdırılmasında effektiv olduğunu sübut edib:

“Yeni tətbiq olunmuş rəqəmsal naryad sistemi ADY-də saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldır. “ADY SMART” sistemində “Yük Əməliyyatları Xidməti” modulunda təqdim olunan bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa təqdim etməyə, yük qaimələrini elektron şəkildə hazırlamağa, emal və maliyyə sənədlərini sürətlə qəbul etməyə, eləcə də sistem tərəfindən avtomatik hazırlanmış xidmət təriflərini əldə etməyə imkan verir.

Avtomatlaşdırılmış naryad prosesi sayəsində müştərilər vaxta qənaət edərək sistemdəki elektron kabinetlərində naryadın ayrılma prosesinin bütün mərhələlərini və statuslarını izləyə bilərlər.”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR