Onlayn ictimai-siyasi qəzet
İlk yayımlanma zamanı: 03.05.2025 (17:48)
Musavat.com xəbər verir ki, Sırrı Sürəyya Öndər Türkiyə Böyük Millət Məclisinin sədr müavini, eyni zamanda uzun illər "Kürd məsələsi" adı ilə Türkiyənin birliyinə qəsd edənlərdın olub.
O, son olaraq PKK-nın həbsdə olan lideri Abdullah Öcalan ilə görüşən millət vəkilləri arasında olmuş və keçən ayın əvvəllərində Prezident Rəcəb Tayyib Ərdoğan ilə də bu yöndə görüşlər aparmışdı.
İki həftə əvvəl ürək tutması və aorta yırtılması diaqnozu ilə xəstəxanaya yerləşdirilən Öndər, 12 saatlıq cərrahiyyə əməliyyatı keçirmiş, daha sonra 18 gün reanimasiyada qalmış, lakin həkimlərin səylərinə baxmayaraq çoxsaylı orqan çatışmazlığı nəticəsində 3 may şənbə günü dünyasını dəyişmişdir.
Öndər separatçı əhval - ruhiyyəli biri kimintanınsa da, Türkiyə ictimaiyyəti onu həm də zarafatcıl, şeirə bağlı biri kimi tanıyırdı. O, rejissor və ssenarist kimi də fəaliyyət göstərmiş, siyasi və sosial mövzulara toxunan bir sıra film və əsərlərə imza atmışdı.
Yayılan xəbərlərdə bildirilir ki, Sırrı Sürəyya Öndər 2013-cü ildə PKK-nın birtərəfli atəşkəs elan etməsi ilə nəticələnmiş sülh təşəbbüslərində aktiv rol oynamışdı. Onun vasitəçiliyi həm əvvəlki Ərdoğan hökuməti ilə PKK arasındakı danışıqlarda, həm də son cəhdlərdə diqqət çəkmişdi.
2018-ci ildə etdiyi bir çıxış “terror təbliğatı” kimi qiymətləndirildiyi üçün həbs olunmuş, daha sonra Kobani etirazları ilə bağlı iş üzrə ömürlük həbslə mühakimə olunmuş, lakin parlament toxunulmazlığı səbəbilə həbs edilməmişdi. O, həmçinin 1980-ci illərdəki hərbi çevrilişdən sonra da həbs həyatı yaşamışdı.
Məsələnin qəribə tərəfi budur ki, həyatını "kürd məsələsi"nə, PKK-ya və terrorçu Öcalanın yoluna həsr etsə də, Sırrı Sürəyya Öndər etnik olaraq ...türkmən idi, kürd deyildi.
Musavat.com
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ