İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevə dron hücumu: yaşayış binası yanır, bir neçə rayonda dağıntılar var - VİDEO

Bu gecə Ukraynanın paytaxtı Kiyev dron hücumuna məruz qalıb. Yerli sosial şəbəkə səhifələrinin məlumatına görə, hücum nəticəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.


Musavat.com Ukrayna mediasına istinadla xəbər verir ki,
rəsmi mənbələr drondan düşən qalıqların Şevçenko, Obolon və Svyatoşin rayonlarında dağıntılara səbəb olduğunu təsdiqləyib. Hadisə ilə bağlı hələlik ölən və ya xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.

Yanğınsöndürmə briqadaları və təcili yardım xidmətləri hadisə yerinə cəlb olunub, zərərçəkən ərazilərdə axtarış-xilasetmə işləri aparılır.

Hadisə Kiyevdə təhlükəsizliklə bağlı vəziyyətin yenidən gərginləşdiyini göstərir.

@@TVmusavat/114343@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR