Onlayn ictimai-siyasi qəzet
İranın qərbində yerləşən Kirmanşah əyalətində güclü ildırım hadisəsi insan itkisi ilə nəticələnib.
Musavat.com xəbər verir ki, əyalətin Fövqəladə Halların İdarə Olunması Təşkilatının rəhbəri Əlirza Heydəri “Tasnim” agentliyinə verdiyi açıqlamada bildirib ki, ildırım əyalətin iki fərqli bölgəsində baş verib.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı şəxslərə dərhal tibbi yardım göstərilib və xəstəxanaya yerləşdiriliblər.
Əlirza Heydərinin sözlərinə görə, hazırda bölgədə hava şəraiti qeyri-sabit olaraq qalır və əhaliyə ehtiyatlı olmaqla bağlı xəbərdarlıqlar edilib.
Qeyd edək ki, yaz-yay aylarında İranın qərb dağlıq ərazilərində ildırım halları tez-tez qeydə alınır və bu cür təbii hadisələr zaman-zaman insan tələfatına səbəb olur.
Toğrul İSMAYIL,
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ