İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedev və Zaxarova Zelenskiyə ELƏ SÖZLƏR DEDİ Kİ... - "9 Mayda təxribat olarsa.."

Rusiya Ukrayna prezidentinin 9 May bəyanatına təhdidlə cavab verib.

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 May – Qələbə Günü münasibətilə Moskvaya gələcək xarici dövlət nümayəndələrinin təhlükəsizliyinə Kiyev tərəfindən zəmanət verilə bilməyəcəyini bildirməsinə Rusiya tərəfindən sərt və hədə dolu reaksiyalar gəlib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidentinin bu açıqlamasını “xarici liderlərə yönəlmiş təhdid” kimi təqdim edib. O bildirib ki, Zelenski guya Moskvaya gələcək dövlət başçılarını qorxutmaq niyyətindədir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə daha irəli gedərək bildirib ki, əgər 9 Mayda Moskvada Ukraynanın hansısa “təxribatı” baş verərsə, “heç kim Kiyevdə 10 Mayın gələcəyinə zəmanət verə bilməz”.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR