İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Hindistan və Pakistan qoşunları arasında atışma BAŞLADI

Hindistanla Pakistan arasında mübahisəli Kəşmir bölgəsində növbəti hərbi toqquşma qeydə alınıb.

Musavat.com xəbər verir ki, Hindistan Silahlı Qüvvələri bu gün Kəşmirin LoC (Line of Control – Nəzarət xətti) boyunca yerləşən Lipa vadisində Pakistan ərazisinə atəş açıblar. Hücum nəticəsində bölgədə gərginlik kəskin şəkildə artıb.

Məlumata görə, Pakistan Ordusu Hindistanın bu addımına dərhal cavab verib. Rəsmi İslamabadın açıqlamasına əsasən, Pakistan Silahlı Qüvvələri Hindistanın mövqelərinə ağır silahlarla güclü cavab zərbələri endirib. Döyüşlər Lipa vadisi istiqamətində daha da şiddətlənib.

Hazırda hadisə yerində vəziyyətin gərgin olaraq qaldığı bildirilir. Hər iki tərəf qarşılıqlı olaraq bir-birini atəşkəsi pozmaqda ittiham edir. Hələlik itkilərlə bağlı rəsmi məlumat verilməyib.

Xatırladaq ki, Hindistan və Pakistan arasında Kəşmir bölgəsində tez-tez silahlı qarşıdurmalar baş verir. Lipa vadisi isə bu cür insidentlərin sıx yaşandığı strateji məntəqələrdən biridir.

Görüntüləri təqdim edirik:

Toğrul İSMAYIL,
Musavat.com

 
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR