Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Tula şəhərində baş vermiş dəhşətli yol qəzasına Tula şəhər dumasının deputatı, Kommunist Partiyasının üzvü Dmitri Dubovenkonun idarə etdiyi "Chevrolet Camaro" markalı avtomobilin səbəb olduğu bildirilir.
Musavat.com xəbər verir ki, qəza bu axşam Lenin prospektində, avtobus dayanacağının yaxınlığında baş verib. İlkin məlumata görə, "Camaro" qarşı hərəkət zolağına çıxaraq "Toyota Camry", "Lada Granta", "Mercedes-Benz" markalı avtomobillərlə toqquşub. Nəticədə "Toyota Camry" avtomobilində olan bir qadın sərnişin həlak olub. Avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı "Chevrolet Camaro"nun sükanı arxasında məhz deputat Dubovenko olub.
Qəza ictimaiyyətin diqqətini cəlb etdikdən sonra o, sosial şəbəkə hesablarını təcili şəkildə bağlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Toğrul İSMAYIL,
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ