İnsanlara hürriyət, millətlərə istiqlal!

Şolts kansler kimi son çıxışınə etdi, BUNLARI DEDİ

Almaniyanın vəzifə səlahiyyətləri bitən kansleri Olaf Şolts, Hamburqda yerləşən Noyenqam konslagerinin azad olunmasının 80 illiyinə həsr edilmiş tədbirdə kansler kimi sonuncu çıxışını edib.

Musavat.com xəbər verir ki, Şolts nitqində almanların başladığı müharibənin, nasist rejiminin terrorunun və milyonlarla günahsız qadın, uşaq və kişinin qətliamının Avropada bir daha müharibəyə yer qoymamalı olduğunu vurğulayıb. “Bizim dərin əminliyimiz odur ki, Avropa qitəsində xalqlar arasında müharibə keçmişdə qalmalıdır”, – deyə o bildirib.

Alman kansleri həmçinin Vladimir Putinin Avropaya yenidən müharibə gətirdiyini deyərək bunu “tragediya” adlandırıb və Almaniyanın bu vəziyyətlə barışmayacağını bəyan edib. O əlavə edib ki, Avropa azadlığın, demokratiyanın və hüququn aliliyinin canlı təcəssümüdür və buna görə də hərbi imperializm və beynəlxalq hüququn pozulması ilə uzlaşmazdır.

“Bu səbəbdən də təəccüblü deyil ki, dünya üzrə avtokratlar, ekstremistlər və populistlər – o cümlədən öz ölkələrimizdə – bu sülh içində olan, birləşmiş Avropaya hücum edirlər və onu dağıtmaq istəyirlər”, – deyə Şolts qeyd edib.

Kansler nitqinin sonunda Almaniyanın tarixindən dərs çıxarmağa borclu olduğunu, imperializmin, hüquqsuzluğun və irqi nifrətin fəlakətlərə yol açdığını unutmamaq lazım gəldiyini söyləyib.

Bu çıxış, Olaf Şoltsun kansler postunda son rəsmi nitqi olaraq Avropada sülh və birliyə çağırışla yadda qaldı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR