İnsanlara hürriyət, millətlərə istiqlal!

Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşlərindən QÜRURVERİCİ GÖRÜNTÜLƏR

26 İyun - Silahlı Qüvvələr Günündə paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Bərdə və Şuşa şəhərlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

Azərbaycan Müdafiə Nazirliyindən Musavat.com-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Yürüşlərdə hərbi orkestrlərin ifasında hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar səsləndirilib.

Keçirilən hərbi yürüşlər vətəndaşlarımızın böyük marağına səbəb olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR