İnsanlara hürriyət, millətlərə istiqlal!

Sezen Aksu bu addımı ilə Türkiyəni SİLKƏLƏDİ - FOTO

Türkiyənin sevilən sənətçilərindən olan Sezen Aksu 2022-ci ildə vəfat edən rəfiqəsi Pakizə Sudanın vəsiyyətini yerinə yetirib.

Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, müğənni TEMA Vəqfi vasitəsilə Ərzurumun Taşağıl bölgəsinə 5 min palıd ağacı bağışlayaraq rəfiqəsinin adına “Xatirə meşəsi” yaradıb.

Məlumata əsasən, demans diaqnozu qoyulan və 21 dekabr 2022-ci ildə 70 yaşında dünyasını dəyişən Pakizə Suda sağlığında Sezen Aksuya müraciətlə “Sezen, məndən sonra da bir xatirə meşəsi saldır” deyib. Aksu rəfiqəsinin bu arzusunu unutmayıb.

Sezen Aksu müxtəlif illərdə bir çox sənətkarın xatirəsinə aşağıdakı bölgələrdə xatirə meşələrinin salınmasına töhfə verib:

2015 – Aysel Gürelin xatirəsinə Balıkesir Kepsutda

2018 – Adile Naşitin xatirəsinə Denizli Çal və Sundurluda

2019 – Meral Okayın xatirəsinə Tekirdağ Kızılcaterzidə

2021 – Attila Özdemiroğlunun xatirəsinə Gaziantep Atmalıda

2022 – Oğuz Aralın xatirəsinə Kırklareli Osmancıkda

2023 – Yaşar Gaganın xatirəsinə Kırklareli Celaliyedə

2024 – Egemen Bostancının xatirəsinə Kilis Yeniyurtda

Aksunun dəstəyi ilə salınan 10 fərqli xatirə meşəsində ümumilikdə 50 min ağac əkilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR