İnsanlara hürriyət, millətlərə istiqlal!

Seuldan Pxenyana daha bir xoşməramlı addım: Yığışdırılır  

Koreya Respublikasının silahlı qüvvələri avqustun 4-dən etibarən Şimali Koreyaya qarşı təbliğat xarakterli yayımlar üçün nəzərdə tutulan səsgücləndiriciləri KXDR ilə sərhəddən yığışdırmağa başlayacaq.

Musavat.com xəbər verir ki, məlumatı Yonhap xəbər agentliyi yayıb.

Bildirilir ki, Seul bu qərarı “gərginliyi azaltmaq üçün tədbir” kimi qəbul edib.

İyunun 11-də Koreya Respublikasının yeni prezidenti Li Jae-Myunq sərhəddə bu avadanlıqdan yayımların dayandırılmasını əmr edib. Buna cavab olaraq KXDR eyni addım atıb. İyulun 21-də Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti (NIS) onilliklərdir ki, KXDR-də yayımlanan bir neçə radiostansiyanın fəaliyyətini dayandırıb.

İyunun əvvəlində vəzifəyə gələn Li Jae-Myung Pxenyanla dialoqun tərəfdarıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR