Onlayn ictimai-siyasi qəzet
Bu həftə Səudiyyə Ərəbistanı Çinə investisiya nazirinin də daxil olduğu bir nümayəndə heyəti göndərir.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Reuters yayıb. Agentlik bildirir ki, səfər dünyanın ən böyük neft ixracatçısının iddialı iqtisadi transformasiyası üçün xarici maliyyə mənbəyi axtarışı ilə bağlıdır.
Reuter-in mənbələri bildiriblər ki, əvvəl Çinə səfər edəcək nümayəndə heyətinə krallığın baş naziri və ölkənin faktiki hökmdarı olan vəliəhd Məhəmməd bin Salmanın başçılıq etməsi nəzərdə tutulurdu. Lakin yaşlı atası kral sətəlcəm xəstəliyi ilə xəstəxanaya yerləşdirildiyinə görə o, Ər-Riyadda qalacaq.
Musavat.com
06 Yanvar 2025
05 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ