İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanında yeni trend: "Çin dilini öyrənin"

Səudiyyə Ərəbistanının Təhsil Nazirliyi krallığın bütün özəl və dövlət məktəblərinə Çin dili proqramını tətbiq etməyi tapşırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı məktəblərində Çin dili dərslərinin tətbiqi ilə bağlı qərar krallığın vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səudun Çinə səfəri zamanı qəbul edilib. Media yazır ki, vəliəhdin səfəri zamanı Ər-Riyad və Pekin krallığın məktəb və universitetlərində bütün səviyyələrdə Çin dilinin tədris proqramına daxil edilməsi planının hazırlanması barədə razılığa gəliblər.

Səudiyyə Ərəbistanı Təhsil Nazirliyinin direktivinə əsasən, hər bazar və bazar ertəsi günü məktəblərdə Çin dilinin öyrənilməsinə həsr olunmalıdır. Qəzetin yazdığına görə, krallığın bütün təhsil şöbələri orta məktəb şagirdləri üçün ixtisaslaşdırılmış siniflər çərçivəsində ikinci sinifdə Çin dili proqramını həyata keçirməyə hazırlaşır. Hər bir şöbədə Çin dilinin tədris olunduğu məktəblər müəyyən ediləcək.

Son illərdə Çin və Səudiyyə Ərəbistanı müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyatda fəal şəkildə ikitərəfli əməkdaşlıq qururlar. 2019-cu ilin fevralında Səudiyyə Ərəbistanının vəliəhdi Pekinə, 2022-ci ilin dekabrında isə Çin prezidenti Si Cinpin krallığa səfər edib və bu səfər zamanı tərəflər arasında strateji tərəfdaşlıq sazişi imzalanıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR