İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərt karantin tədbirləri geri qayıdır? - AÇIQLAMA

“Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir”.

Musavat.com Oxu.Az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda koronovirusla bağlı vəziyyət qənaətbəxşdir:

“Fikrimcə, yenidən sərt karantin qaydalarına gediləcək qədər ağır epidemioloji vəziyyət olmayacaq”.

O qeyd edib ki, maska taxması tövsiyə xarakterlidir:

“Alimlər tərəfindən də sübut olunub ki, maskalarda qoruyuculuq var. Əgər bir insan maska taxırsa, bu xəstəliyə yoluxma riskini azaldır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR