İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sentyabrda 30 ildən sonra ilk dəfə Füzulidə ilk zəng səslənəcək"

"Azərbaycan Prezident İlham Əliyevin imzaladığı Sərəncam ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Bu ilin oktyabrın 17-də Füzulidə ilk dəfə şəhər günü qeyd ediləcək. Həmin günki tədbirlərə gələn aydan öz ata-baba yurdlarına qayıdacaq sakinlərimiz də şahidlik edəcək".

Musavat.com bildirir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib. Millət vəkili Füzuli şəhərində hazırda 38 binada tikinti-quraşdırma əməliyyatlarının sürətlə aparıldığını diqqətə çatdırıb:

"Bu ilin sonunadək 800 ailən Füzuli şəhərinə qayıdacaq. 260 ailənin isə avqust ayının sonlarında öz evlərinə geri dönəcəyi gözlənilir.

Bu ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.

Deməli, Füzuli şəhərində artıq yeni mərhələ başlamaqdadır".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR