İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə qohumuna atəş açan şəxs saxlanılıb

Noyabr ayının 24-də Şəmkir rayon Yenihəyat kənd sakini 1984-cü il təvəllüdlü Nurlan Məhərov şəxsi münasibətlər zəminində qohumu və həmkəndlisi, 1986-cı il təvəllüdlü Elsevər Məsimova xuliqanlıq niyyəti ilə ov tüfəngindən atəş açsa da sonuncu heç bir xəsarət almayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlamasında bildirib ki, hadisə yerindən yayınan N. Məhərov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Fakla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR