İnsanlara hürriyət, millətlərə istiqlal!

Səməd Seyidovdan erməni deputata sərt cavab: "Revanşist ideyalarınızdan əl çəkin" - VİDEO

Bu gün AŞPA-nın yaz sessiyası işinə başlayıb.

Musavat.com xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Assambleyada çıxış edib.

Erməni deputat Ruben Vardanyanın Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bozqurd işarəsini terroru dəstəkləmək kimi təqdim etməsinə diplomat çox sərt cavab verib: "Nəyə görə İrəvanın mərkəzində faşist Nijdeyə ucaldılan heykəldən danışılmır? Azad edilməsinə baxmayaraq, 1 milyon qaçqın hələ də yurduna dönə bilmir çünki ərazi minalanıb. Bu günə qədər də minaya düşərək həlak olanlar var. Baş naziriniz Nikol Paşinyan sülh şərtlərini qəbul etsə də, siz deputatlar Ermənistanın milli maraqları və baş nazirə qarşı fikirlər səsləndirirsiniz. Azərbaycan regionda sülh üçün əlindən gələni edəcək".

S. Seyidov "Avropa Şurasının dəyərlərinə qayıdın", - deyə erməni deputatlara çağırış edib.

Qeyd edək ki, Səməd Seyidovun AŞPA -dakı çıxışını deputat Fazil Mustafa qeydə alıb və öz profilində yayıb.

Nigar HƏSƏNLİ
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR