Onlayn ictimai-siyasi qəzet
İran və Ermənistan Araz çayı üzərində ikinci körpünün tikintisi ilə bağlı texniki məsələləri müzakirə edirlər.
Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Ermənistan və İran arasında Araz çayı üzərində ikinci körpünün tikintisi ilə bağlı texniki məsələlər müzakirə olunur", - nazirlik qeyd edib.
Qeyd olunub ki, bu ilin mayında layihənin həyata keçirilməsi məqsədilə işçi qrup yaradılıb.
Məlumata görə, Araz çayı üzərində yeni körpünün tikintisi üzrə işlərə 2023-cü ilin sonunda başlanılıb.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ