İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın lüks turizm potensialı Moskvada təbliğ olunur

Azərbaycan Turizm Bürosunun iştirakı ilə 26-27 sentyabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Luxury Travel Mart (LTM) Moscow Autumn” tədbirində Azərbaycanın lüks turizm potensialı tanıdılıb.

Dövlət Turizm Agentliyindən Musavat.com-a verilən xəbərə görə, tədbirdə iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl lüks turizm destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tərəfdaşları müəyyənləşdirmək, həmçinin təbliğat fəaliyyətlərini genişləndirmək kimi məsələlər daxildir.

Rusiyanın lüks turizm üzrə ixtisaslaşmış aparıcı turoperator və agentlikləri ilə keçirilən B2B (biznesdən-biznesə) görüşlərdə Azərbaycanın turizm potensialı, o cümlədən xizək kurortları, Bakı şəhər turları, sağlamlıq və termal istirahət mərkəzləri, eləcə də işgüzar və lüks turizm məhsulları haqqında məlumat verilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana ümumilikdə 501 417 nəfər səfər edib ki, bu da 2023-cu ilin eyni dövrü ilə müqayisədə 18%-dan çox artımdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR