İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT! Ruslar xəstəxananı BOMBALADI: Ölənlər və yaralılar var - CANLI

Rusiya Ukraynada mülki obyektləri vurmaqda və dinc əhalini qırmaqda davam edir. Ukrayna KİV-lərinin yaydığı məlumata görə, bu gün səhər saatlarında Ukraynanın Sumı vilayətinə növbəti hava hücumu həyata keçirilib.

Sumı şəhərinin meri Artyom Kobzar şəhərdəki xəstəxanaların birinə İran “Şahed”ləri ilə zərbə endirildiyini xəbər verib: “Bu gün, sentyabrın 28-də səhər saatlarında düşmən “Şahed” tipli PUA-dan istifadə edərək, Sumi şəhərindəki tibb müəssisəsinə hava zərbəsi endirib”.

Bir neçə dəqiqədən sonra Kobzar ikinci hava hücumunun olduğunu yazıb. Ukrayna Daxili İşlər Nazirliyi bildirib ki, hazırda ölənlərin sayı 6 nəfərdir: “İlk atəş nəticəsində 1 nəfər həlak olub, xəstəxananın bir neçə mərtəbəsinin tavanı dağılıb xəstələrin təxliyəsi zamanı düşmən yenidən zərbə endirib, bir polis də daxil olmaqla, 6 nəfərin öldüyü məlumdur, daha bir polis yaralanıb”.

Yaxın Şərqdə isə bombardmanı İsrail həyata keçirir. “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın qızı Zeynəb Nusrullah Beyrutun cənubunda İsrailin hava hücumu nəticəsində öldürülüb. Bu barədə İsrail televiziyasının “12-ci” kanalı məlumat yayıb.

Qeyd olunub ki, Zeynəb Nusrullah əvvəllər ictimai bəyanatlarında dəfələrlə “Hizbullah”ın məqsədlərinə sadiqliyindən danışıb. “Qardaşım Hadi şəhid olanda valideynlərim göz yaşı tökmədi", - o 2022-ci ildə “Al Manar” telekanalına müsahibəsində deyib.

Məlumata görə, “Hizbullah” liderinin böyük oğlu Hadi hərəkatın hərbi qanadının üzvü olub və 1997-ci ildə İsrail hərbçiləri ilə döyüşdə öldürülüb.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu ilə siyasi şərhçi Heydər Oğuz Yaxın Şərq cəbhəsini və Ukrayna böhranını müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR