İnsanlara hürriyət, millətlərə istiqlal!

Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar

"Onun adının qarşısında tanıtım məqsədli titul, vəzifə yazmağa xüsusi ehtiyac yoxdur. Öz adı yetir – niyəsiz, necəsiz – Qənirə Paşayeva!.. Bu ünü qazanmaqsa hər insana nəsib olmur... Nə yaxşı ki dünya adiləşmir... Qənirə xanım istedadlı insan idi, onun istedadının daha çox jurnalistikada, ictimai-siyasi fəaliyyətdə, fərqli sənət sahələrinin harmoniyasına çalışmasında olduğunu deyənlər haqsız deyil, əlbəttə. Bununla belə, Qənirə Paşayevanın sadə insanlara xeyirxahlıqda, üzərinə düşən görəvlərə fövqəladə sorumluluqda üzə çıxan özəllikləri də onun istedadından - insanlıq istedadından xəbər verirdi".

Bu fikirləri Musavat.com-a şair-publisist Əkbər Qoşalı bildirib.

O qeyd edib ki, Qənirə Paşayeva şüurlu həyatını Azərbaycana, Türk dünyasına həsr etmişdi:

"Onu Türk dünyasının az qala hər tərəfində tanıyır, bilir, sevirdilər. Tanış-bilişlik ötüb-keçər bəlkə, ancaq sevgi əbədidir. Heç təsadüfi deyil ki, Qənirə xanım haqqında "Türk dünyasının sevilən qızı" deyimi dillərə düşüb və necə deyərlər, sabitləşməkdədir. Acıdır, ancaq gerçəkdir. O, ötən ilin payızından haqq dünyasındadır... Qənirə xanımı tanıyan-bilən, sevən, özünə doğma sananlar isə onun işıqlı xatirəsini əziz tutur, unutmurlar... Onsuz keçən aylar içində çoxsaylı yazılar yazıldı, tirajlandı, anım tədbirləri keçirildi, iki dəfə sərgi təşkil olundu. Təsəllidir. Təsəlli axtarmaq, təsəlli vermək insanoğlunun fitrətindədir.

Əziz Qənirə xanımın ruhuna şadlıq diləyirəm!"

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR