İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı tatar qızı “Miss Europe” müsabiqəsinin qalibi olub

Kazan sakini Dinara Salyahova Bolqarıstanda keçirilən “Miss Europe 2024” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a yarışın Rusiya tərəfdən təşkilatçıları məlumat verib.

“Kazanlı peşəkar idmançı Dinara Salyahova “Miss Europe 2024” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub. Müsabiqənin finalı Bolqarıstanda başa çatıb”, - təşkilatçılar bildiriblər.

“Avropanın xanımı” adı uğrunda İtaliya, Almaniya, Hollandiya, Portuqaliya, Ermənistan, Bolqarıstan, Ukrayna və digər ölkələrdən nümayəndələr mübarizə aparıblar. Finalda 24-49 yaş arası 25 qadın mübarizə aparıb.

Rusiyadan olan iştirakçı əlavə iki nominasiyada - “Ən yaxşı milli geyim” və “Müsabiqə sponsorunun seçimi” üzrə mükafatlar qazanıb.

Bu il Dinara Salyahova “Dünyanın rus xanımı” müsabiqəsinin qalibi olub və bundan sonra Avropa mərhələsinin finalına yüksəlib. Salyahova idman bal rəqsləri üzrə Tatarıstan çempionu tituluna malikdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR