Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanın paytaxtı Bişkekdə həmyerlilərini oğurlayıb pul tələb edən əcnəbilər saxlanılıb.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İdarədən verilən məlumata görə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində xarici ölkə vətəndaşlarının öz həmyerlilərini oğurlamaq və hədə-qorxu ilə pul tələb etmək üzrə ixtisaslaşmış cinayətkar əməllərinin qarşısı alınıb.
“Dövlət komitəsinin əməkdaşları xarici ölkə vətəndaşını qaçıraraq zor tətbiq etməklə külli miqdarda pul tələb edən Cənub-Şərqi Asiya vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar dəstənin üzvlərini saxlayıblar”, - deyə MTN-dən bildirilib.
Saxlanılan əcnəbilər barəsində həbs qətimkan tədbiri seçilib, müvafiq prosessual tədbirlər görülür.
“Pul tələb edən Cənub-Şərqi Asiya vətəndaşları”nın konkret hansı ölkənin vətəndaşları olduğu açıqlanmır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ