İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-Yorka Gorusdan atılan güllələr - ifşa

Nikol Paşinyan yarımçıq sülh sazişini imzalamağa hazır olduğunu deyir, ordusu isə təxribata əl atır - nonses; ilginc ehtimal - tətikdə Ermənistanı silahlandıran Fransanın da barmağı ola bilər

Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası birgə komissiyanın fəaliyyət reqlamentini nəzərdən keçirib. Ermənistan mediasının xəbərinə görə, Konstitusiya Məhkəməsi tərəflər arasında avqustun 30-da imzalanan sənədin reqlamentini təsdiq edib.

Xatırladaq ki, sözügedən sənədə əsasən, Bakı və İrəvan 1991-ci il Almatı Bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılığa gəliblər, lakin bu sənəd yekun deyil. Əsasnamədə göstərilir ki, sülh sazişi qəbul edildikdən sonra proses başqa prinsiplərə uyğun davam etdirilə bilər. Əsasnamə 7 maddədən ibarətdir. Bu, əsasən ümumi ifadələrlə proseslə bağlı texniki məlumatlardır.

Amma eyni gündə (sentyabrın 26-sı) Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub. Bu həm də Nyu-York görüşü ilə eyni vaxta təsadüf edirdi.

Ermənistanın baş naziri həmin çıxışında  Azərbaycanla sülh müqaviləsinin hazırda razılaşdırılmış hissəsini imzalamağa hazır olduğunu bildirib. Paşinyanın sözlərinə görə, buna bir neçə amil kömək edir ki, əsas addımlardan biri avqustun 30-da Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə işi haqqında imzalanmış saziş olub. Paşinyan vurğulayıb ki, bu, tərəflərin imzaladıqları ilk ikitərəfli sənəddir. O, həmçinin qeyd edib ki, tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsindən sərhədlərin müəyyən edilməsində əsas prinsip kimi istifadə etmək barədə razılığa gəliblər ki, bu da ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması deməkdir. Paşinyan qeyd edib ki, növbəti addım sülh müqaviləsinin imzalanması və tam dövlətlərarası əməkdaşlığın qurulması olacaq. Ermənistan Bakı ilə sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağı və qalan bəndləri sonra müzakirə etməyi təklif edir. “Bütün məsələləri dərhal həll edən heç bir sülh sazişi yoxdur, hətta saziş imzalandıqdan sonra da ölkələr yeni sazişlər bağlamağa və əlavə razılaşmalar əldə etməyə davam edə bilərlər”, - baş nazir əlavə edib. Beləcə, Ermənistanın baş naziri sülhdən dəm vurur, rəhbərlik etdiyi məğlub ordusu isə Azərbaycan mövqelərini atəşə tutur.

Bu mənzərəyə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda Azərbaycana atdığı böhtanı da əlavə etsək, tam dumanlı mənzərə yaranır. Qərbi Azərbaycan İcmasının Mirzoyanın dediklərinə etiraz olaraq verdiyi bəyanatı xatırlatmaq yerinə düşür: “Böhtanla dolu bu bəyanat həm də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını hələ də davam etdirdiyini göstərir. Ermənistan XİN başçısının ”Dağlıq Qarabağ" ifadəsini işlətməsi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü ancaq sözdə tanıdığını nümayiş etdirir. Ermənistanın həm öz ərazisində, həm də vaxtilə işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycan mədəni irsini tamamilə və sistematik şəkildə məhv etdiyini nəzərə alsaq, bu ölkənin hazırda mədəni irs məsələsi ətrafında spekulyasiya aparması riyakarlığın təzahürüdür".

Nyu-York görüşü davam edən saatlarda Gorus istiqamətindən Azərbaycan ərazisinə atılan güllələr hansı anlamı verir? Atəşin açılmasında məqsəd nədir? Yaxud atəşi indiki məqamda kim açır?

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bir sıra vacib məqamlara diqqət çəkdi: “Uzun illərdir ki, maraqlı və maraqlı olduğu qədər qəribə bir hadisəni müşahidə edirik. Nə vaxt ki, Ermənistanla Azərbaycan arasında hansısa mühüm görüş və ya müzakirə gözlənilir, yaxud aparılır, mütləq mənada atəş açılır və hamımız bunun niyə baş verməsi haqqında düşünürük. Qəribəsi budur ki, bu sual işğalçı Ermənistanın hazırkı rəhbərliyinin də dilindən dəfələrlə səslənib ki, əcəba, bu atəşi kim açır? Deməli, normallaşma münasibətlərini istəməyən üçüncü qüvvə və ta tərəf(lər) var ki, bu cür hadisələr baş verir. Bu dəfə də istisna olmadı. Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərlərinin Amerikada görüşü öncəsi silahlar işə düşdü. Bu cür hadisələr əvvəllər də olurdu və maraqlıdır ki, indi də baş verir? Kimdir bu gözəgörünməz qüvvələr? Əlbəttə, regionda marağı olan bəzi oyunçular istəmirlər ki, sülh müqaviləsi imzalansın, Cənubi Qafqazda əmin-amanlıq olsun”.

Ü.Cəfərovun sözlərinə görə, onsuz da bu cür təxribatlar nəyinsə qarşısını almaq gücündə deyillər, sadəcə məqsəd “birdən nə isə ola bilər, yaxud atəşkəs nəticəsində hansısa ciddi hadisələr baş verər” prinsipindən istifadə edərək bu addımı atırlar. Kimə sərf edir bu addımlar? Polkovnik: “Əlbəttə, ilk növbədə uzun illər regionda dominantlıq etmiş şimal qonşumuza. Çünki o hələ də Qarabağın tam şəkildə Azərbaycanın nəzarətinə qaytarılmasını həzm edə, bununla barışmaq istəmir. Üstündən 4 il keçməsinə baxmayaraq, biz müxtəlif siyasilərin dilindən hələ də absurd bəyanatlar eşidirik və onlar öz çirkin məqsədlərindən əl çəkmək istəmirlər. Sual oluna bilər ki, bəs necə və kimlərin əli ilə bu təxribatlar həyata keçirilir? Əlbəttə ki, Ermənistan ərazisində olan ”beşinci kolon" və hazırkı hakimiyyətin siyasətindən narazı olan qüvvələr tərəfindən. Biz hələ uzun müddət bu cür və bəzən bundan da sərt təxribatları görəcəyik. Nə qədər ki, tərəflər arasında sülh sənədi yoxdur, bu cür atəş səsləri müxtəlif istiqamətlərdə, istər Naxçıvan istiqamətdə, istərsə də Qarabağ tərəfdə hələ uzun müddət davam edəcək. Bizim isə borcumuz son dərəcə diqqətli olmaq şərti ilə, düşməni və havadarlarını nəhayət ki, reallıqları qəbul etməyə məcbur etməkdir".

Qəribəsi budur ki, Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gəldi, ondan müəllifi olduğu kitabı hədiyyə aldı və Ankaranın Azərbaycan-Ermənistan danışıqlarının sülhlə yekunlaşmasında rol oynamasını istədikdən iki gün sonra Gorus tərəfdən atəş açıldı. Yayılan məlumatlarda deyilir ki, sentyabrın 24-də Paşinyan və Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda əhəmiyyətli bir görüş keçirdilər. Bu görüş Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylərdə mühüm irəliləyiş hesab olunur və hər iki lider dialoqun bu prosesin əsas komponenti olduğunu vurğulayıblar. Prezident Ərdoğan Paşinyana xatirə hədiyyəsi təqdim edərək, xoşməramlı niyyətini ifadə edib. Danışıqların məzmunu hələ tam açıqlanmasa da, Paşinyanın Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinin cari vəziyyəti barədə Ərdoğana məlumat verdiyi bildirilir. “Ermənistan Türkiyə ilə dialoqu yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə bölgənin sabitliyi üçün vacib hesab edir”, - deyə Ermənistan hökumətindən yüksək vəzifəli bir şəxs Paşinyanın mövqeyini əks etdirərək bildirib. (Turan) Məlumdur ki, Gorus istiqamətində Avropa İttifaqının “mülki missiyası” yerləşib. Ancaq onlar bu insidentlə bağlı hər hansı açıqlama verməyiblər. İstisna deyil ki, burada Fransa başda olmaqla Aİ casusları da rol oynasın. Yeri gəlmişkən, Fransa prezidentinin Baş Assambleyada Ermənistanı müdafiə çıxışı ilə üst-üstə düşür atəşkəsin pozulması halı... Deməli, təkcə Rusiyadan şübhələnə bilmərik. Tətikdə Ermənistanı silahlandıran Fransanın da barmağı ola bilər...

Ilyas Huseynov deputatliga namized olacaq? - AÇIQLAMA

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov bildirdi ki, regional sülhə və təhlükəsizliyə dair mühüm proseslərin getdiyi vaxtda Ermənistandan tərəfindən hər zaman təxribatlar baş verib: “BMT Baş Assambleyasının 79-cu sessiyası zamanı Cənubi Qafqazda sabitlik və dövlətlərarası münasibətlərin qurulmasına dair önəmli fikirlərin səsləndiyindən dərhal sonra Naxçıvan Muxtar Respublikası istiqamətində mövqelərimizin iri çaplı pulemyotlardan atəşə tutulması da göstərir ki, Ermənistan sülhdə maraqlı deyil. Bir tərəfdən, sülhə dair mesajlar verilir, digər tərəfdən hərbi təxribatlar baş verir və sürətli silahlanma prosesi gedir. Azərbaycan və Ermənistan arasında sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası birgə komissiyanın fəaliyyət reqlamentinin Konstitusiya Məhkəmləri yolu ilə təsdiq edilməsi, daha sonra parlamentlər tərəfindən ratifikasına dair addımlar sülhün dayanıqlı olmasına xidmət edir. Xüsusilə vurğulamaq lazımdır ki, bu diplomatik trek vasitəçilər olmadan icra ediilir. Təəssüflər olsun ki, bu cür regionun gələcəyini müəyyənləşdirən addımlar fonunda yenə də silah səsləri eşidilir”. İ.Hüseynov digər məqama da diqqət çəkdi: “Ermənistan ərazisində yerləşən Avropa İttifaqının mülki missiyası növbəti dəfə heç nə görmür, heç nə eşitmir və qeydə almır. Bu baxımdan əsaslı şübhələr var ki, Aİ missiyası binokl diplomatiyası ilə məşğul olmaqla bərabər, sülh əleyhinə də kampaniyanın tərkib hissəsinə çevrilməkdədir. Qarşıdakı dövrdə də eyni hadisə təkrarlanarsa sübhələrimiz tamamilə aradan qalxacaq”.

E.Paşasoy,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR