İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə nazirindən meymunçiçəyi ilə bağlı əhaliyə MÜRACİƏT

Azərbaycanın səhiyyə naziri Teymur Musayev meymunçiçəyi ilə bağlı əhaliyə müraciət edib.

Nazir Musavat.com-a açıqlamasında bildirib ki, hələlik meymunçiçəyinin geniş yayılmasına bir səbəb yoxdur:

“Dünyada bununla bağlı iki minə yaxın hadisə qeydə alınıb. Ancaq indiyədək meymunçiçəyi ilə bağlı birbaşa ölüm hadisəsi qeyd edilməyib. Fürsətdən istfiadə edərək əhalimizə meymunçiçəyi ilə bağlı müraciət etmək istərdim ki, sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq dursunlar. Bununla da vətəndaşlarımız normal həyat tərzinə davam edə bilərlər”, - nazir qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR