İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhər ətrafında ŞİDDƏTLİ DÖYÜŞ: Ərazilər ƏLƏ KEÇİRİLDİ – Rusiyaya SARSIDICI ZƏRBƏ - Elxan Nuriyevlə CANLI

Rusiya qoşunları son sutka ərzində Ukraynanın şərqində 10 yaşayış məntəqəsi ətrafında əraziləri və mövqeləri ələ keçirib. Bu barədə “DeepState” məlumat verib.

“Düşmən Novolenivka, Voznesenka, Plexovo, Aleksandriya, Qrodivka, Vidrodyenka, Petrivka və Sontsivka kəndləri yaxınlığında irəliləyib”, - nəşr bildirir.

Məlumatda qeyd olunur ki, ruslar Novotroyitski və Şevçenkoda da irəliləyərək, Pokrovsk şəhərinə (Donetsk vilayəti) doğru mövqelərini gücləndiriblər.

Rusiya artıq müttəfiqlərinin daxili işlərinə effektiv müdaxilə etməyə qadir deyil. Bu, Moskvanın “avtoritar rejimlərin müdafiəçisi” kimi imicinə zərbə oldu. Bu barədə “The Telegraph” məlumat yayıb. Nəşr yazır ki, Suriyadakı hadisələr, o cümlədən keçmiş prezident Bəşər Əsədin Moskvaya qaçması, Rusiyanın beynəlxalq arenada mövqeyinin zəifləməsinin açıq təsdiqi oldu:
“Ukraynadakı müharibə və İsrailin səyləri ilə Kremlin Yaxın Şərqdəki təsir dairəsi dağıldı. Bu, Rusiyanın resurslarının məhdud və geosiyasi ambisiyalarını qorumaq üçün yetərsiz olduğunu göstərdi.

ABŞ Prezidenti Co Baydenin sözlərinə görə, Suriyada Əsədin devrilməsi, Ukrayna və İsrailin Rusiyaya vurduğu zərbələrin birbaşa nəticəsidir”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Ukraynada yaşayan polkovnik Elxan Nuriyevdir.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR