Onlayn ictimai-siyasi qəzet
Ukraynadakı müharibə ilə bağlı Qərbin yeni addımı üzə çıxıb.
Musavat.com xəbər verir ki, "The Washington Post" “istəklilər koalisiyası”nın Kiyevlə bağlı hazırladığı təhlükəsizlik planının təfərrüatlarını açıqlayıb. Məlumata görə, Avropa ölkələrinin hərbçilərinin Ukraynaya göndərilməsi nəzərdə tutulur. Onlar ön cəbhədə deyil, arxa mövqelərdə yerləşdiriləcək və bu addım “siyasi-demonstrativ” xarakter daşıyacaq.
Mənbələr bildirir ki, plan çərçivəsində Ukrayna ordusunun hava təhlükəsizliyinin təmin olunması, resursların bərpası və hərbiçilərin hazırlanması da əsas hədəflərdəndir. ABŞ isə kəşfiyyat məlumatlarının paylaşılması, müşahidə, komanda-idarəetmə və hava hücumundan müdafiə sahəsində həlledici rol oynayacaq.
Avropa və Ukrayna rəsmiləri münaqişənin mövcud cəbhə xəttində dondurulmasını vacib hesab edir. Atəşkəs rejiminə nəzarət məqsədilə isə peyklərin, BMT sülhməramlılarının və ya Rusiyanın daha “dost” saydığı ölkələrdən müşahidəçilərin iştirakı müzakirə olunur.
Növbəti mərhələdə Fransa və Böyük Britaniyanın rəhbərliyi ilə Avropa hərbçilərinin Ukraynanın şəhər mərkəzlərində və limanlarında yerləşdirilməsi planlaşdırılır.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ