İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində YENİ TƏYİNAT

Pərviz Sədrəddinov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi vəzifəsində təyinat alıb.

Musavat.com xəbər verir ki, o bu barədə özü məlumat verib:

“Dostlar bu gündən fəaliyyətimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi vəzifəsində davam etdirəcəm. Hərbi təməl islahatlarının başlandığı və uğurla davam etdiyi bir dövrdə bu vəzifəyə təyinatım məsuliyyəti birə-beş artırır. Çalışacam Dövlət Xidmətinin rəhbərliyinin mənə göstərdiyi bu etimadı doğruldum.

Hörmətli media nümayəndələri! Dövlət Xidməti ilə bağlı hər hansı bir sorğunuz olarsa mənə yönəldə bilərsiniz. Əvvəlki illərdə olduğu kimi yenə Sizlərin dəstəyinə ümidvaram. Axı bu artıq hər hansı bir kommersiya qurumunun inkişafı demək deyil, qalib dövlətin təməli olan ordu quruculuğuna verilən dəstəkdir. Əminəm ki, bu strateji məsələdə birlikdə uğurlara imza atacağıq”.

Qeyd edək ki, Pərviz Sədrəddinov Kapital Bankın mətbuat xidmətinin rəhbəri idi.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR