İnsanlara hürriyət, millətlərə istiqlal!

Savaş ALOVLANDI: Voronej BOMBALANDI, Ukrayna Kurskda, ruslar Donbasda İRƏLİLƏYİR – CANLI

Ukrayna hərbçiləri Kursk vilayətinin Qluşkovski rayonuna hücumlarını davam etdirir. Lakin burada hər hansı əhəmiyyətli irəliləyiş qeydə alınmayıb.
“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.

Oktyabrın 3-də Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri Novıy Put (Vesyolının cənubu) yaxınlığındakı Rusiya mövqelərini yarmağa çalışıb.
Rusiyanın hərbi müxbirləri oktyabrın 2-də bildirib ki, guya ruslar Vesyolı yaxınlığında itirilmiş mövqelərini bərpa ediblər və döyüşlər qəsəbə yaxınlığında davam edir. Lakin ISW-də bu barədə məlumat yoxdur. Bundan əlavə, Kursk bölgəsindəki Ukrayna platsdarmının digər istiqamətlərində də döyüşlər qeydə alınıb, lakin cəbhə xəttində təsdiqlənmiş heç bir dəyişiklik olmayıb.

Rusiya Müdafiə Nazirliyi döyüşlərin Olqovka və Kremennoye, Obuxovka və Nikolaevo-Daryino, Novoselovka və Plexovoy ərazilərində davam etdiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya qoşunları ötən gün Rusiya ərazisi üzərində 113 Ukrayna PUA-sını vurub.

Bu arada Ukrayna mətbuatı Hərbi Kəşfiyyat İdarəsinə istinadla yazıb ki, Voronej vilayətindəki Borisoqlebsk aerodromuna PUA zərbəsi endirilib və hava bombalarının saxlandığı anbara, eləcə də Su-35/34 təyyarələrinin anqarlarına zərər vurulub.

Rusiya Ukraynanın Donetsk vilayətinin işğalını davam etdirir.

Ukrayna Müdafiə Nazirliyinəı yaxın mənbə sayılan “DeepState” portalının məlumatına görə, Rusiya qüvvələri Donetsk ərazisində 4 istiqamətdə müəyyən irəliləyişlərə nail olub.

Bunlar Tsukurino, Yekaterinovka, Kolesnikovki kəndələri, eləcə də Toretsk şəhəri istiqamətləridir.
Xatırladaq ki, bir neçə gün əvvəl Donetsk vilayətinin Uqledar şəhəri 2.5 il davam edən hücumlardan sonra rus qoşunlarının nəzarətinə keçib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi şərhçi Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR