İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon rəhbərinin yaxın ətrafı dağılır, rəsmilər narahatdır

ABŞ-nin müdafiə naziri Pit Heqsetin yaxın çevrəsinin və komandasının sızma ilə bağlı bir sıra qalmaqallar fonunda tədricən dağılması Pentaqon rəsmiləri arasında narahatlıq yaradır.

Musavat.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti mənbələrə istinadla yazır.

Nəşrin məlumatına görə, Heqsetin komandasındakı ziddiyyətlərin artması mart ayında Pentaqonun Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) kuratoru İlon Mask üçün Çinlə potensial münaqişə ilə bağlı brifinq hazırlaması barədə mediaya məlumat sızan zaman başlayıb. Məlumatın sızması müdafiə nazirinin yaxın çevrəsində paranoik atmosfer yaradıb.

Bildirilir ki, “Signal Messenger”-də Yəməndəki “Ənsərallah” üsyançılarına qarşı hərbi əməliyyatların planlaşdırılması ilə bağlı növbəti qalmaqal və Heqsetin həyat yoldaşı ilə yazışmalarda məxfi məlumatları müzakirə etməsi nazirlə onun bir sıra ən yaxın adamları arasında gərginliyə səbəb olub. “Politico” keçən həftə müdafiə nazirinin müavini Kolin Kerroll, Pentaqonun aparat rəhbərinin müavini Darin Selnik və nazirin müşaviri Den Kolduellinin sızma iddialarına görə vəzifələrindən uzaqlaşdırıldığını bildirənə qədər fikir ayrılıqları gizli qalıb.

Ümumilikdə, qəzet qeyd edir ki, Heqsetin yaxın çevrəsində ciddi fikir ayrılığı var və onun bəzi tərəfdarları nazirin səlahiyyətlərini şübhə altına almağa başlayıblar. ABŞ prezidenti Donald Tramp müdafiə nazirini açıq şəkildə dəstəkləməyə davam edir, lakin qəzetin mənbələrindən birinin qeyd etdiyi kimi, Amerika liderinin xasiyyəti tez bir zamanda məyusluğa çevrilə bilər.

Trampın adı açıqlanmayan müşaviri daha əvvəl “NewsNation”-a bildirib ki, Heqset müdafiə naziri olmaq üçün keyfiyyətlərə malik deyil. Oxşar fikri ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Don Bekon da bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR