İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahin Bağırov bu generala vəzifə verdi

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq general-mayor Kənan Aşurluya həvalə olunub.

Musavat.com-un xəbərinə görə, bunu “Report”a Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib.

Onun sözlərinə görə, bununla bağlı Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, K.Aşurlu həm də “Azərterminalkompleks”in direktor müavini təyin edilib. Xatırlaq ki, o, 2019-cu ilin sonuna qədər Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR