İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibkarlarla növbəti görüş Beyləqanda keçirilib 

"Sahibkarlarla mütəmadi olaraq görüşlər keçiririk. Məqsədimiz sahibkarlığın inkişafı üçün lazımi dəstəyin verilməsi, sahibkarlıq subyektlərinin qaz təsərrüfatına dair qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında onlara yardımçı olmaqdan ibarətdir".

Musavat.com xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov Beyləqan rayonunda sahibkarlarla keçirilən görüş zamanı bildirib.

Mikrofon önünə keçən sahibkarlıq subyekti Ehtibar Quliyev istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini xahiş edib. Digər sahibkarlar Elman Süleymanov və Nicat Sərdarov qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıblar.

Aksiyanın imkanlarından sahibkarlarla yanaşı, sakinlər də yararlanıblar. Qəbul zamanı səsləndirilən hər bir müraciətlə bağlı vətəndaşlara ətraflı izahat verilib.

Görüşdə Birliyin məsul şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR