İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahib Alıyev: “Fransa “kiçik bacı” adlandırdığı Ermənsitanın üzləşdiyi reallıqla üzləşib”

Milli Məclisin iclasında çıxış edən deputat Sahib Alıyev ötən iki gündə baş verən biri elə də xoş olmayan, digəri isə qürurverici iki olayla bağlı danışmaq istədiyini bildirib.

Deputat qeyd edib ki, “xoş olmayan” deyərkən Fransa Prezidenti Makronun adekvatlıqdan uzaq açıqlamalarını nəzərdə tutur: “Xatırladıram ki, müsyö Makron iki il bundan öncə Paşinyanı “inadekuat”, yəni adekvatlıqdan uzaq, yerində olmayan adlandırmışdı. Ancaq açıqlamalarından görünür ki, özü Paşinyandan elə də çox fərqlənmir. Və elə fərqlənməməyinin nəticəsidr ki, Fransa kimi qüdrətli bir dövləti hər addımda rəzil vəziyyətdə qoyur. Dünən Astanada Azərbaycan Prezidenti cənab İlham Əliyev hay faşizminin belə demək mümkünsə anatomiyasını açıb göstərdi. Makron isə özgəsinin torpağına bir milyondan çox mina basdıran, azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirən, abidələrimizi, o sıradan məscdilərimizi dağıdan, Qaregin Njde , Monte Melkonyan kimi nasist və terrorçuları fetişləşdirən bir ölkənin guya sülh və tolerantlıq uğrunda çarpışdığını bildirir. Qarabağın Ermənistanın ürəyində, yəni mərkəzində yerləşdiyini deyir. Əgər bu yeni coğrafi “kəşf” yox, obrazlı yanaşmadırsa, yaxşı, onda Marsel Ermənistanın harasında yerləşir, yaxud nəyidir? Əlbəttə, bu cür çıldırıcı açıqlamaların nədən irəli gəldiyi kimsəyə sirr deyil. “Böyük bacı” diplomatiya müstəvisində “kiçik bacı” adlandırdığı Ermənsitanın cəbhədə üzləşdiyi reallıqla üzləşib”.

S.Alıyev qeyd etdi ki, Praqa görüşündə ona yeri və həddi göstərilib: “Ona görə belə sərsəmləmələrə yol verilir. Ancaq Makron kimilərinin bu regionda istəklərinin keçməyəcəyini Praqa görüşü kimi dövlət başçımızın Qırğısıtan və Qazaxıstana səfərləri də bir daha göz önünə sərdi. Prezidentimizin Qırğızıstanda “ortaq türk köklərinə bağlılıq barədə dəqiq anlayışın olduğunu” gördüyünü, bunun “Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər” tutulduğunu vurğulamasının nə anlam daşıdığı və onun səfəri başa çatar-çatmaz cənab Japarovun qardaş Türkiyənin ölkəsinə göndərdiyi “Akıncı”ıyla şəkil çəkdirib paylaşmasının arxasında hansı reallığı durduğu fikrimcə, hər kəsə aydındır”.

Deputatın sözlərinə görə, o da aydındır ki, Azərbaycan Prezidenti Qırğızıstanla Tacikistan arasında gərginlik yaşandığı bir vaxtda qardaş ölkəyə səfər etməklə həm də kimin yanında olduğumuzu, dostcasına davranışla yanaşı, maraqlarımızın əleyhinə yönələn hərəkətləri də cavabsız qoymadığımızı, qoymayacağımızı diqqətə çatdırdı: “Prezidentimizin Mərkəzi Asiyaya bu səfəri, Qırğızıstanda iki məktəbə Ulu Öndər Heydər Əliyev və böyük mütəfəkkir Nizami Gəncəvin adlarının verilməsi, Qazaxıstan paytaxtında əvvəlkindən daha görkəmli yerdə olan küçənin çağdaş Azərbaycanın qurucusunun adını daşıyacağının bildirilməsi, əlbəttə, qürurvericidir. Makron kimilərinin bütün cəhdlərinə rəğmən, Qazaxıstan Prezident Tokayevin təbirncə desək, bu, ölkəmizin “təkcə öz regionunda deyil, həm də daha geniş coğrafiyada böyük rol oynayan” gücə çevrildiyinin, dünya şöhrətli strateq Zbiqnev Bjezinsikin Mərkəzi Asiya dövlətlərinin müstəqilliyinin Azərbaycanın müstəqilliyinə bağlılığı haqda fikirlərinin hər ötən il daha çox hiss edildiyinin və ona uyğun siyasət yeridildiyinin göstəricidir”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR