İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərikli biznes DƏLƏDUZLUĞU: 135 min manatını aldılar

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakininin 135 min manatdan çox pulunu ələ keçirməkdə şübhəli bilinən Ziya Əliyevi saxlayıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı həmin şəxsin zərərçəkənin etibarından istifadə edərək onunla şərikli biznes quracağı barədə yalan vədlər verdiyi və 135 min 150 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

"Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Z.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər."

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR