Onlayn ictimai-siyasi qəzet
Avqustun 16-da gözlənilən hava şəraiti açqılanıb.
Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında günəşli olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60%, gündüz 30-35% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 14-19° isti, gündüz 26-31° isti olacaq.
14 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ