İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Ukraynada son itkiləri AÇIQLANDI

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

Musavat.com-un UNİAN-a istinadən məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 203 880 hərbçisi zərərsizləşdirilib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 785 tank, 7 407 zirehli maşın, 3 278 artilleriya sistemi, 565 reaktiv yaylım atəşi sistemi, 327 hava hücumundan müdafiə sistemi, 309 təyyarə, 294 helikopter, 2 830 PUA, 1 011 qanadlı raket, 18 gəmi/qayıq, 6 129 avtomobil texnikası və avtosistern, 427 xüsusi texnikadan ibarətdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR