İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın kruiz gəmisi etirazlara görə Batumini tərk edib

Rusiyalı turistlər dövlətlərinin yeritdiyi siyasət üzündən Gürcüstanın liman şəhəri Batumidə etirazla qarşılanıblar.

Musavat.com xəbər verir ki, ötən ayın son günlərində əksəriyyəti Rusiya Federasiyasının vətəndaşları olan 800-dən çox turisti daşıyan “Astoria Grande” kruiz layneri Batumidən aralanmağa məcbur olub.

Bundan əvvəl Tbilisi və Batumidə etiraz aksiyaları keçirilib. “Rusiya bizi vətənimizdən, həyatımızdan və gələcəyimizdən məhrum edir”, “Ruslaşdırma siyasətinə yox!”, “Gürcüstan hökuməti gürcü xalqını rusa döndərə bilməyəcək” – etirazçılar Batumidə bu kimi ifadələrdən ibarət plakatlar açıblar.

Yerli media yazır ki, Tbilisidə bir neçə fəal vətəndaş etiraz əlaməti olaraq parlament binası yaxınlığında Rusiya bayrağını yandırıblar.

“Əhalinin qəzəbinə Rusiyadan gələn bəzi turistlərin “Rusiya Federasiyası Abxaziyanı gürcülərdən azad edib” bəyanatı səbəb olub. Onlardan bəziləri jurnalistlərə Abxaziyaya səfər etdiklərini etiraf ediblər və bu faktiki olaraq "İşğal edilmiş ərazilər haqqında" qanunun pozulmasıdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR