İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın ən məşhur vəkilləri Federal kollegiyanı tərk etdi-Ukraynadakı işğala etiraz

Rusiyanın ən məşhur vəkillərindən sayılan Henri Reznik Federal Vəkillər Palatasının Şurasından istefa verdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Radio Svoboda” məlumat yayıb.


Qeyd edək ki, Henri Reznik həm də Palatanın vitse-prezidentidir. Reznik açıqlamasında getməsinin səbəblərini açıqlamayıb. O, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlüyündən də getdiyini bildirib.

Xatırladaq ki, üç gün öncə, oktyabrın 5-də Palatanın daha iki üzvü - Konstantin Dobrınin və Vadim Klyuvqant onun sıralarını tərk edib. Onlar “Rusiya hakimiyyətinin son qərarlarına” hüquqi dəstək verməyi mümkün hesab etmədiklərini bildiriblər. Burada Ukrayna ərazilərinin ilhaqı ilə bağlı qərarlar nəzərdə tutulur. Klyuvqant Rusiya Federal Hüquqşünaslar Palatasının vitse-prezidenti, Dobrınin isə onun stats-katibi idi.

Henri Reznik isə Rusiya Federasiyasının əməkdar hüquqşünası, Moskva Vəkillər Palatasının sədri, Rusiya İctimai Palatasının üzvüdür. Onun müştəriləri arasında Rusiyanın eks prezidenti Boris Yeltsin, Valeriya Novodvorskaya, Yeqor Qaydar, Anatoli Çubays, iş adamları Vladimir Qusinski və Boris Berezovski kimi iş adamları və siyasətçilər, Natalya Gevorkyan və Yevgeni Kiselyov kimi jurnalistlər olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR