Onlayn ictimai-siyasi qəzet
Ukraynanın enerji şirkəti “Naftoqaz” Rusiyanın Böyük Britaniya və ABŞ-dakı dövlət əmlakının müsadirə edilməsi üçün sorğu göndərib.
Musavat.com xəbər verir ki, bu barədə Finlandiyanın "İlta-Sanomat" qəzeti "Naftoqaz"ın ictimaiyyətlə əlaqələr üzrə direktoru Vladislava Smolinskanın sözlərinə istinadən məlumat yayıb.
Xatırladaq ki, Helsinki məhkəməsi 13 avqust tarixli qərarı ilə Naftogaz da daxil olmaqla altı Ukrayna enerji şirkətinin iddiası əsasında Rusiyanın Finlandiyada təxminən 5 milyard dollar məbləğində daşınar və (və ya) daşınmaz əmlakına həbs qoyub. Rusiya səfirliyinin məlumatına görə, 40-dan çox mülkə həbs qoyulub.
Smolinska qəzetə deyib ki, "Naftoqaz" Rusiyanın dövlət aktivlərinin yerləşdiyi digər ölkələrdə də müsadirə üçün oxşar ərizələr verib. “Naftoqaz”ın məlumatına görə, müsadirə üçün Finlandiya ilə yanaşı, Böyük Britaniya və ABŞ-da da ərizələr verilib.
“Helsingin Sanomat” qəzeti qeyd edib ki, Finlandiyadakı həbslər Ukraynanın “Naftoqaz” şirkətinin Haaqa Arbitraj Məhkəməsinin Krımın işğalı nəticəsində yaranan itkilərə görə kompensasiyanın ödənilməsi ilə bağlı qərarı çərçivəsində Rusiyadan 5 milyard dolların məcburi geri alınması proseduru ilə bağlı iddiasından qaynaqlanır.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ